KANAL24.AZ
Az Iw En Ru

Almaniyada yaşayan azərbaycanlılardan daha bir etiraz aksiyası - HANNOVERDƏ

Almaniyanın Hannover şəhərində Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı etiraz mitinqi keçirilib. Aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Aksiya iştirakçıları iyulun 4-də ermənilərin hərbi təxribatı zamanı qətlə yetirilmiş Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakininin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.


04:45 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər