KANAL24.AZ
Az Iw En Ru

Bakıdakı küləyin maksimal sürəti açıqlanıb

"İyulun 5-dən paytaxt Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunur".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19-24 m/san-dək güclənib.

G.Məmmədova qeyd edib ki, iyulun 9-da mülayim şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.


17:15 08.07.2017