KANAL24.AZ
Az Iw En Ru

35 miqrant itkin düşdü

Liviya sahillərində hava ilə dolma qayığın qəzaya düşməsi nəticəsində azı 35 nəfər itkin düşüb.

Bu barədə sahil mühafizəsinin nümayəndəsi m'lumat verib.

Miqrantlar arasında yeddi uşaq da var.

Eyni zamanda, sərhəd mühafizəsindən 85 nəfərin xilas edildiyi məlumatı da verilib.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bu il dəniz yolu ilə artıq təxminən 54 min qaçqının Avropaya keçdiyini, 1316 nəfərin isə Aralıq dənizini keçməyə çalışarkən həlak olduğunu bəyan edib


02:03 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər