KANAL24.AZ
Az Iw En Ru

ABŞ strateji bombardmançıları havaya qaldırdı

Şimali Koreyanın nüvə proqramı ətrafında yaranan gərginlik artmaqdadır.

“Röyters” agentliyi xəbər verir ki, Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlim keçirən ABŞ-ın B-1B strateji bombardmançıları Koreya yarımadası üzərində 10 saatlıq uçuş həyata keçirib.

Təlimə ABŞ-ın F-16 döyüş təyyarələri də cəlb olunub. Təlimdən sonra Guam adasındakı hərbi bazaya qayıdan B-1B-ləri Yaponiyaya aid F-2 döyüş təyyarələri müşayiət edib.

Qeyd edək ki, Şimali Koreya cari ildə 10-dan çox raket sınağı həyata keçirib. Son sınaqdan keçirilən “Xvason-14” ölkənin ilk qitələrarası ballistik raketi olaraq qeydə alınıb. 2802 kilometr uçuş hündürlüyünə çatan raketin ABŞ-ın kontinental hissəsini, o cümlədən Alyaskanı vura biləcəyi təxmin edilir


02:00 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər