KANAL24.AZ
Az Iw En Ru

Yük maşını istidən ərimiş asfalta batıb qaldı - VİDEO

Yollarda asfalt o dərəcədə qızıb ki, tamamilə əriməyə başlayıb. Nəticədə yük avtomobillərindən biri ərimiş asfaltda bataraq hərəkət edə bilməyib. 
 
Belə bir hadisə bu günlərdə temperaturun 50 dərəcəyədək yüksəldiyi Küveytdə baş verib. Videodan göründüyü kimi, maşının arxa təkərləri az qala yarıyadək asfalta batıb, eləcə də yanacaq çəni də yerə dirənib. Odur ki, avtomobil  yerindən tərpənə bilmir.
Xatırladaq ki, ötən ilin yayında planetdə ən yüksək temperatur məhz Küveytdə qeydə alınmışdı. Əl-Mütrib şəhərində kölgədə temperatur 54 dərəcəyədək yüksəlmişdi.
 

 

 


19:43 08.07.2017
Xəbər lenti
Bütün xəbərlər