KANAL24.AZ
Az Iw En Ru

13 il sakinləri yatmağa qoymayan zəngli saat divardan çıxarıldı – VİDEO

ABŞ-ın Ross yaşayış məntəqəsində (Pensilvaniya ştatı) evin divarından 13 il ərzində hər gün işə düşən zəngli saat çıxarılıb.

Bu barədə KDKA-TV telekanalı məlumat yayıb.

Məlumata görə, 2004-cü ildə ev sahibi televizor antenasına qoşulan gizli kabeli divarda tapmaq üçün zəngli saatı ipə bağlayaraq boru ilə aşağı salıb. Lakin ehtiyatsızlıqdan ipi əlindən buraxıb. Həmin vaxtdan etibarən hər gün saat 06:50-də zəngli saat işə düşdürdü və divardan səs gəlirdi.

Ev sahibinin köməyinə istilik sistemini quraşdıran şirkət gəlib. Kamera vasitəsi ilə onlar zəngli saatın yerini müəyyənləşdiriblər. Sonra isə qaraj tərəfdən divarda deşik açaraq onu götürüblər.

 


16:12 08.07.2017
Xəbər lenti
Bütün xəbərlər