Şübhəlilər polis idarəsinə gətirilərkən hadisəni eşidən yerli sakinlər onları linç etməyə çalışıblar. Polislər cinayətkarla üçün edam tələb edən qəzəbli əhalini sakitləşdirə bilmədiyi üçün havaya atəş də açıb.
Məhkəməyə çıxarılan cinayətkarlar etdikləri əməli etiraf ediblər. Hər iki şəxs həbs edilib.
Məlumata görə, Birol və Cəlal öldürülən qadının əri Xalid Əl-Rahmun ilə bir yerdə çalışıblar. Onların arasında mübahisə düşdüyü üçün Birol və Cəlalın Xaliddən intiqam almaq üçün arvadını və uşağını öldürdükləri bildirilir.
Hamilə qadının öldürülməsəydi bu gün ikinci uşağını dünyaya gətirmək üçün doğuşa gedəcəkdi.(Qafqazinfo)