KANAL24.AZ
Az Iw En Ru

Misir Qətər üçün “nəfəslik” saxladı

Misir Qətər ticarət gəmilərinin Süveyş kanalından keçməsinə mane olmayacaq.

“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda su arteriyasına nəzarət edən idarənin başçısı Mohab Mamiş deyib.

“Süveyş kanalı beynəlxalq su marşrutudur. Kanal gəmilərin hərəkəti üçün bağlana bilməz”, - o deyib.

İdarə başçısının məlumatına görə, Süveyş kanalı vasitəsilə əsasən, mayeləşdirilmiş qazla yüklənən tankerlər keçir. Qətər dünyada mayeləşdirilmiş qazın ən böyük ixracatçısıdır. Dünya bazarında Qətərin payı təxminən 30 faiz təşkil edir.

Eyni zamanda, Misir hökumətinin qərarına görə, Süveyş kanalının iqtisadi zonasının bütün limanları Qətər gəmilərə xidmət etməyəcək.

Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.

İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib


01:03 08.07.2017
Xəbər lenti
Bütün xəbərlər