KANAL24.AZ
Az Iw En Ru

Yaponiyada sürüşmə 11 nəfəri öldürdü, 14 nəfəri itirdi

Aramsız yağışlardan sonra Yaponiyanın Kyusyu adasında baş verən sürüşmələr nəticəsində 11 nəfər ölüb, 14 nəfər itkin düşüb.

Həlak olanların əsasən yuxarı dağlıq ərazilərdə yaşayan yaşlı insanlar olduğu bildirilir.

Yaponiya hökuməti Kyusyu sakinlərini evlərini tərk etməməyə və təxliyyə olunmalarını gözləməyə çağırıb. Adada eketrik enerjisi verilişi kəsilib, nəqliyyatın hərəkəti iflic olub.

Metereoloqlar isə güclü yağışların hələ davam edəcəyi barədə xəbərdarlıq ediblər.


23:35 07.07.2017
Xəbər lenti
Bütün xəbərlər