KANAL24.AZ
Az Iw En Ru

Dünyanın diqqəti Hamburqda: Tramp Ərdoğanla üz-üzə gəldi

Almaniyanın Hamburq şəhərində G20 sammiti başlayıb.

5 minə yaxın jurnalist dünya liderlərinin görüşünü işıqlandırmaq üçün Hamburq şəhərinə toplanıb. Ənənəvi sammit çərçivəsində ikitərəfli və üçtərəfli görüşlər keçiriləcək. Almaniyanın baş naziri Angela Merkel dünya liderlərini qarşılayıb.


Daha sonra "G20" liderləri "Terrorla Mübarizə" mövzusunda keçirilən tədbirdə iclasda iştirak ediblər. İclasdan öncə Türkiyə prezidentiRəcəp Tayyib Ərdoğan, İngiltərənin baş naziri Tereza Mey və ABŞ prezidenti Donlad Trampın dialoqu diqqət çəkib. Mətbuata qapalı keçirilən iclas təxminən 2 saat davam edib. 
 
Qeyd edək ki, ötən gün sammit ərəfəsində şəhərdə polislə etirazçılar arasında toqquşmalar baş verib. Nəticədə 111 polis xəsarət alıb. Etirazlar bu səhər də davam edib. Polis su şırnağından istifadə etmək məcburiyyətində qalıb. Xeyli sayda avtomobil yandırılıb

23:10 07.07.2017
Xəbər lenti
Bütün xəbərlər