KANAL24.AZ
Az Iw En Ru

Belarus XİN ermənilərin öldürdüyü Zəhranın ailəsinə başsağlığı verdi

Belarus Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdardır.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
 
Bildirilir ki, Belarus qan tökülməsinin dayandırılacağına ümid edir: "Şübhəsiz ki, biz dinc sakinlər arasında ölüm hallarının olmasından təəssüflənirik və ölənlərin ailələrinə başsağlığı veririk. Ümid edirik ki, qan tökülməsi dayandırılacaq. Bütün məsələlərin yalnız danışıqlar yolu ilə həllinə tərəfdarıq".


21:21 07.07.2017
Xəbər lenti
Bütün xəbərlər