KANAL24.AZ
Az Iw En Ru

SOCAR Bakıda ilk qazdoldurma stansiyasını istismara verib

Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında ilk qazdoldurma stansiyası istismara verilib. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Qazdoldurma stansiyası yeni avtobus deposunda yerləşir.

Mənbə qeyd edib ki, bu qazdoldurma stansiyası Bakıda I Avropa Oyunlarının keçirilməsi zamanı istifadə ediləcək avtobusların sıxılmış təbii qazla (CNG) təmin edilməsi üçün nəzərdə tutulub: "Gələcəkdə qazdoldurma stansiyalarının tikintisinin davam etdirilməsi mümkündür".

O, əlavə edib ki, hazırda Bakıda SOCAR brendi altında iki qazdoldurma stansiyası tikilir.


07:12 25.04.2015
Xəbər lenti
Bütün xəbərlər