KANAL24.AZ
Az Iw En Ru

Qətərdən körfəz ölkələrinə: Cavabınızı verdik

Dövlətimizin suveren haqları və beynəlxalq hüquq normaları çərçivəsində embarqo tətbiq edən ölkələrin tələblərinə cavab verdik.

Bu sözləri Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani deyib.

Nazir bildirib ki, böhranın həlli yolu yalnız müzakirələrdən keçir:

“Tələblər əsassızdır. Bu tələbləri bir ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndiririk”.

Qeyd edək ki, 4 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt 13 maddəlik tələb siyahısını rəsmi Dohaya təqdim etmişdi.


06:37 05.07.2017
Xəbər lenti
Bütün xəbərlər