KANAL24.AZ
Az Iw En Ru

Yeganə VARİANT, iki gün sonra qorxunc sonluğun BAŞLANĞICI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın Gümrü şəhərinin yaxınlığında zəlzələ baş verib. Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb. Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş keçirilib. Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşün tarixi məlum olub. Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır. Dünyanın diqqəti yenidən Koreya yarımadasına çevrildi.

Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi münaqişə qaçılmazdırmı və Ermənistan yeni “təhlükəsizlik zaminləri axtarmağa” başlayacaqmı?!

Bu barədə Rusiyanın “Rosbalt” agentliyi Azərbaycanın əraziləri azad etmək üçün yeni müharibəyə hazırlaşdığına dair məqaləsində yazır. Agentlik Bakıya gətirilən silahlara diqqət çəkib və bu silahların ən yeni hərbi texnika olduğunu qeyd edib.


03:05 05.07.2017
Xəbər lenti
Bütün xəbərlər