KANAL24.AZ
Az Iw En Ru

Adamı doğrayıb manqalda qızartdılar – Rusiyada şok

Rusiyanın Solneçnoqorsk vilayətində istirahət mərkəzlərindən birində manqalda qızardılmış insan ətinin qalıqları tapılıb.

Bu barədə RİA məlumat yayıb.

İstirahət mərkəzinin ərazisində qəribə yanıq qoxusu hiss edən mühafizə əməkdaşları evlərdən birinin həyətində manqalda kömürləşmiş insan qalıqları aşkar ediblər. Əraziyə baxış zamanı tapılan insan kəlləsinin qulaqları kəsilmiş halda olub.

Hadisə yerinə çağırılan polis əməkdaşları evin yaxınlığında içkili halda yatmış 2 nəfəri şübhəli bilərək həbs edib. Yaxınlıqda qətldə istifadə edildiyi düşünülən balta, çəkic, mişar kimi alətlər tapılıb. Saxlanılan şəxslərdən birinin əvvəllər restoranda baş aşpaz olaraq çalışdığı məlum olub.


00:00 05.07.2017
Xəbər lenti
Bütün xəbərlər