KANAL24.AZ
Az Iw En Ru

Dünya liderlərinə hücum hazırlayan tutuldu

Almaniya polisi Rostok şəhərinin 30 yaşlı sakinini saxlayıb.

Məlumata görə o, Hamburqda keçiriləcək G20 sammiti zamanı silahlı hücumlar planlaşdırmaqda şübhəli bilinib.

Polisin Rostok şəhərində, eləcə də digər ətraf qəsəbələrdə apardığı axtarışlar nəticəsində çoxlu sayda odlu silah, partlayıcı maddələr, kimyəvi vasitələr və soyuq silahlar aşkar edilib.

Qeyd edək ki, G-20 sammiti Hamburqda iyulun 7-8-də keçiriləcək. Zirvə görüşünə ABŞ, Rusiya və Türkiyə prezidentləri də qatılacaq.


20:28 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər