KANAL24.AZ
Az Iw En Ru

Ağalarovdan Tramp və Putinin görüşünə şərh

“ABŞ Prezidenti Donald Trampla baş tutacaq görüş zamanı Rusiya prezidenti Vladimir Putinin rəhbərlik edəcəyi nümayəndə heyətinə daxil deyiləm. Fikrimcə, onlar mənsiz də dil tapacaqlar, təcrübəli adamlardır. İki prezident hər hansı müşayiət olmadan hər şeyi bilir və anlayırlar”.

Bu sözləri azərbaycanlı milyarder, “Crocus Qrup”un sahibi Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinə ABŞ Prezidenti Donald Trampla Rusiyalı həmkarı Vladimir Putin arasında “G-20” sammiti çərçivəsində nəzərdə tutulan görüş barədə danışarkən deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Rusiya razılığa gəlsəydi, hamı üçün daha yaxşı olardı: “O zaman yaşamaq da maraqlı və asan olardı”.

Trampa qarşı təzyiqlər olduğunu deyən Araz Ağalarov ABŞ prezidenti barəsində təhqiqat getdiyini və cinayət işləri qaldırıldığını dilə gətirib: “Tramp onu yenidən güzəştə getməkdə suçlamağa bəhanə vermək istəmir. Hazırda Tramp mürəkkəb situasiyadadır. Digər tərəfdən, onun bizimlə işləmək arzusu var”.


20:13 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər