KANAL24.AZ
Az Iw En Ru

Afina Türkiyə gəmisini atəşə tutmasının səbəbini açdı

Yunanıstan Sahil Təhlükəsizlik Xidməti Türkiyə bayrağı altında üzən yük gəmisinə xəbərdarlıq atəşi açmağa məcbur idi.

Bunu Yunanıstan Sahil Mühafizə Xidmətindən RİA-ya bildiriblər. Açıqlamada qeyd olunub ki, Rodos adasının şərqində Türkiyə bayrağı altında üzən ACT yük gəmisində narkotik daşındığı barədə anonim zəng daxil olub. Dərhal Sahil Mühafizə katerləri gəmiyə yaxınlaşaraq, kapitandan yoxlama aparmaq üçün limana yan almasını tələb ediblər.

“Ancaq ACT-nin kapitanı xəbərdarlığa məhəl qoymadan üzməyə davam edib. Buna görə də xəbərdarlıq atəşi açılıb. Ancaq ACT yenə dayanmayıb və Türkiyəyə aid sulara daxil olub. Yunanıstan Sahil Mühafizə Xidmətinə aid katerlər isə su sərhədini pozmayıblar və geri qayıdıblar”, - açıqlamada bildirilir.

Qeyd edək ki, Türkiyə yük gəmisinə 36 güllə dəydiyini, 16 yerdə güllə deşiyi yarandığını bildirib. Türkiyə XİN olayı araşdırır.


06:16 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər