KANAL24.AZ
Az Iw En Ru

Soyuq müharibə zamanı Atlantik buzlaqlarında gizlədilmiş nüvə şəhəri - HƏYƏCAN TƏBİLİ

Aparılan tədqiqatlar Qrenlandiya buzlaqlarının altında gizlədilmiş bir şəhərin olduğundan xəbər verir. Bu şəhər on illərlə ABŞ-ın gizli bir layihəsinə ev sahibliyi edib. Soyuq müharibədəki bu unudulmuş ABŞ bazası hökumətin gizli "Buz Canavarı layihəsi" adını verdiyi son dərəcə təhlükəli bir regiondur.
 
Tədqiqatçılar ötən günlərdə burada okeanları təhlükəyə atan çox sayda toksin və radioaktiv maddənin yer aldığını kəşf ediblər. Əgər lazımi tədbirlər görülməsə, ehtimal olunan bir buzlaq çatlaması nəticəsində bütün okean sularına yayılan bu nüvə tullantılar dünyamızı gələcəkdə çox ciddi problemlə qarşı-qarşıya qoyacaq. 
 
Buzlaqların altında unudulmuş bu gizli şəhər gələcəkdə okeanlarda ciddi təhlükə yarada bilər. Soyuq müharibə zamanında 200 nəfərlik bir qrup tərəfindən nüvə gücü ilə inşa edilən şəhər Amerika tərəfindən "Project Iceworm - Buzsolucanı Layihəsi" olaraq adlandırılıb. Şəhərin altında 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə edilmək üçün 600 ədəd balistik raket yerləşdirilib. Bu raketlərin bu günə qədər hələ məhv edilməməsi dünyamız üçün ciddi təhdiddir. 
 
1967-ci ildə şəhər tərk etdikdən sonra tunel düzlədilib və mütəxəssislər şəhərin ardında buraxılan izlərə çatıblar. Mütəxəssislər bilririrlər ki, buzlar ərisə, buz içində gizlənmiş toksinlər okeana yayılar. Buzlaqların əriməsinin isə təxminən 75 il sonra baş verəcəyini proqnozlaşdırırlar.
Buna qarşı dövlətlər və beynəlxalq təşkilatlar lazımi tədbirlər görməsələr, gələcək nəsillər üçün bu, ciddi problem olacaq.
 
 
 
 
 
 
 
 
 

05:37 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər