KANAL24.AZ
Az Iw En Ru

ABŞ-dan nüvə silahına dair YENİ QƏRAR

ABŞ nüvə silahının təhlükəsizliyi haqqında məlumatları məxfiləşdirib.

“Assoşieyted Press” agentliyinə istinadən xəbər veririk ki, bu məlumatlar dövlət sirri hesab olunacaq.

Agentliyin məlumatına görə, bu addım rəqiblərə ABŞ-ın nüvə silahının zəifliyi haqqında məlumat toplamağa imkan verməmək üçün atılıb. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Qreq Xiks bildirib ki, məxfiliyin əlavə edilmiş səviyyəsi vacib hesab edilir.

“Biz məxfiliyin səviyyəsindən razıyıq. Nüvə silahı mövcud olduğu müddətdə, ABŞ öz ehtiyatlarını təhlükəsizlikdə saxlayacaq”, - amerikalı məmur deyib.

Eyni zamanda, bəzi ekspertlərin fikrincə, bu addım son dərəcə şübhəlidir.

“Nüvə silahının texnologiyaları sahəsində sirlər qorunmalıdır. Amma nüvə silahı ilə diqqətsiz davranış ictimaiyyətdən gizli olmamalıdır”, - Amerika Alimləri Federasiyasının dövlət sirri üzrə eksperti Stiven Afterqud söyləyib.


03:36 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər