KANAL24.AZ
Az Iw En Ru

Bələdiyyə sədri timsahla evləndi

Ənənələrin həyatın əhəmiyyətli bir parçası olmağa davam etdiyi Meksikada, bir balıqçı qəsəbəsinin bələdiyyə başçısı da ənənələrə uyğun olaraq timsahla evlənib. 
 
Meksikanın cənubundakı San Pedro Huamelula qəsəbəsinin bələdiyyə başçısı Joel Vazquez Rojas bir timsahla evlənib. 
 
Ənənələrə görə şahzadəni simvolizə edən timsaha gəlinlik geydirilib. Simvolik mərasimin əvvəlində timsah və bələdiyyə başçısı, orkestr müşayəti ilə qəsəbəni gəzib. 
 
 
Rojas "Qəsəbə sakinləri timsaha şahzadə deyə xitab edib. Mənim rolum da şahzadənin əri olmaqdı". söyləyib. Qəsəbə sakinləri timsala evlənmənin balıqcılara şans gətirəcəklərinə inanırlar. 
Mayalı Santal yerliləri tərəfindən başladılan ənənənin mənşəyi 1789-cu ilə qədər gedib çıxır. 
 
 
Bələdiyyə başçısı Rojasın evlilik mərasiminə gerçək həyatdakı həyat yoldaşı və uşağı da iştirak edib. Həyat yoldaşı ərini əlləriylə evləndirərək timsahın ailənin yeni şahzadəsi olacağına inanır. 

01:42 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər