KANAL24.AZ
Az Iw En Ru

Eyni anda 8 körpə dünyaya gətirmiş ana illər sonra həqiqəti açıqladı

Natali Suleman internetdə "Octomom" ləqəbi ilə məşhurdur. Bu ana 2009-ci ildə eyni anda tam səkkiz körpə dünyaya gətirib.
 
Natali daim böyük bir ailənin xəyalını qururmuş, ancaq bu qədərini heç zaman xəyal etməyib. Anaya sonralar acımasızcasına rəylər bildirilib. Çünki səkkiz uşağa baxacaq maddi imkanı olmayıb. Mediada qadın haqqında xoşagəlməyən məlumatlar, ifadələr bildirilib. 
 
Natali doğumunun mətbuata bir tibb bacı tərəfindən sızdırıldığından şübhələnir. Mətbuat qadın haqqında xəbər tutan kimi qısa müddət ərzində fotoqraflar və müxbirlər gənc anayla əlaqəyə keçib. Qadının siması bütün mediada görülüb, bir müddət məşhurluq nərdivanında dayanıb.
 
Doğum icazəsi bitdikdən sonra qadın əvvəlki həyatına geri qayıdıb. Sonra uşaqlarının fotoşəkillərini çəkdirməklə və ona verilən sualları cavablandıraqla bir qədər pul yığmağı bacarıb.
 
Aradan illər keçəndən sonra Natali yenidən gündəmə gəlib. Uşaqlarını istifadə edərək pul qazandığı iddialarına "The Doctors" adlı televiziya proqramına çıxaraq cavab verib.
 
Əslində ananın tək məqsədi möcüzəvi doğuşdan insanları və tibb dünyasını xəbərdar etmək, eyni zamanda keçinə bilmək üçün bir qədər pul qazanmaq olub.
 
Həmin 8 uşağın illər sonra çəkilmiş videosunu tədim edirik:
 
 

 

 


01:39 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər