Rusiyanın Qara dəniz donanmasının “Admiral Qriqoroviç” gəmisi Kiprin Limassol limanına gəlib.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik bu gəminin Aralıq dənizində döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirib.
Gəminin Kiprdə su və yanacaq ehtiyatı toplayacağı vurğulanıb.