KANAL24.AZ
Az Iw En Ru

“Yaxın Şərqdə dağıdıcı nəticələri olacaq“ - Ruhanidən Türkiyəyə ŞOK İTTİHAM

İran prezidenti Həsən Ruhani Türkiyənin Dəclə və Fərat çayları üzərində anbarlar inşa etməsini tənqid edib.

“Fars” agentliyi xəbər verir ki, prezident bu haqda Tehranda Beynəlxalq Qum və Toz Fırtınaları ilə Mübarizə Konfransı öncəsi keçirdiyi brifinqdə deyib.

O, anbarların inşasının dağıdıcı nəticələrinin olacağını bildirib.

“Dəclə və Fərat çayları üzərində anbarların inşası dərhal dayandırılmalıdır. Bu, bütün Yaxın Şərq üçün təhlükəlidir”, - Ruhani söyləyib.

Türkiyə ilə bağlı analoji tənqidi prezidentin köməkçisi Məsumə İbtikar da səsləndirib. O vurğulayıb ki, Türkiyə anbarların inşasından əvvəl çayların aşağı axarında yerləşən ölkələrdə ətraf mühit problemlərini araşdırmalıdır. Prezident köməkçisi anbarların İraq və Suriyanın su ehtiyatlarına birbaşa təsir etdiyini, bunun da dolayısı şəkildə toz fırtınalarına səbəb olduğunu iddia edib.


22:41 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər