KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən yaxşı hava limanlarına sahib olan ölkələr

Beynəlxalq İqtisadi Forum dünyanın ən yaxşı hava limanlarına sahib olan ölkələrin  siyahısını hazırlayıb. 
 
Siyahıya alınmada bir çox detallara diqqət yetirilib. Sərnişinlərin razılığını əks etdirən xüsusi bildirişlərdən tutmuş, ən güclü mütəxəssislərin verdiyi ortaq rəyə əsasən, dünyadakı ən güclü aeroport sisteminin Kanadaya məxsus olduğu bilinib. Okeanın o üzündə olan ölkə qonşusu ABŞ-ı da bu siyahıda qabaqlayıb. Siyahının üçüncü pilləsində Birləşmiş Ərəb Əmirlikləri qərar tutub. İlk beşliyi isə Avstraliya ilə Honq-Konq qapayır. 
 
Qardaş Türkiyə siyahının 14-cü pilləsində yer alıb.  90 ölkənin yer aldığı siyahıda 77-ci pillədə olan Azərbaycan, bu göstərici ilə Gürcüstan və Ermənistanı qabaqlayır.

21:57 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər