KANAL24.AZ
Az Iw En Ru

II Ukrayna müharibəsi: Moskvadan YENİ TAKTİKA

İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladıldı. Bir neçə saat sonra kütləvi kiberhücum vasitəsilə şəhərin bütün kompüter sistemləri sıradan çıxarıldı. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirildi.

ABŞ-ın “Atlantic Council” nəşrinə müsahibəsində müdafiə və təhlükəsizlik məsələləri üzrə Kanada eksperti İqor Kozak Ukraynada vəziyyətin çox kritik hal almağa başladığını deyib.

“Ukraynada Rusiya tərəfindən sponsorluq edilən terrorizm yayılır və bu, çox təhlükəli haldır. Kremlin bunun üçün imkanları çox genişdir. Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün dünya diqqətini buna yönəltməlidir”, - ekspert bildirib.

Kozak Ukrayna ordusunu yaxşı tanıyır. O, Ukrayna ordusunun pozğunlaşdığı və prezident Pyotr Poroşenkonu sevmədiyi barədə şayiələri rədd edir. Ukraynanın şərqində - döyüş zonasında hərbçilərlə görüşən ekspertin sözlərinə görə, ordunun yüksək döyüş ruhu var və sona kimi vuruşmağa hazırdır.

Rusiya prezidenti Vladimir Putini “yaxşı taktikaçı” adlandıran Kozak bildirir ki, münaqişənin gələcəyi Kreml başçısının təşəbbüs edəcəyi geosiyasətdən asılıdır.

Kanada ekspertinin sözlərinə görə, hazırda sahədəki vəziyyət Putinin əlinə oynayır. O qeyd edir ki, Moskva xaricdəki rus əhalinin diqqətini cəlb etmək, beynəlxalq danışıqlarda kozır kimi yararlanmaq, həmçinin yeni silahlar və döyüşçülərin (onların bəziləri sonradan Suriyaya göndərilir) yoxlanılması üçün poliqon kimi müharibədən istifadə edir.

İqor Kozak bu fikirdədir ki, buna görə də Qərb Kiyevə söz verdiyi silahları Ukraynaya çatdırmalı, həmçinin Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edilməlidir.


21:36 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər