KANAL24.AZ
Az Iw En Ru

Yer kürəsində istilik 250 dərəcə olacaq - ABŞ-dan dünyanı məhvə APARAN ADDIM

Məşhur ingilis fiziki Stephen Havking ABŞ prezidenti Donald Trampın Paris İqlim Anlaşmasından çıxması qərarının dünyaya zərər verəcəyini açıqlayıb.

Hakving ABŞ-ın bu addımının ciddi iqlim dəyişikliklərinə yol açacağı haqda xəbərdarlıq edib.

“Bu addım dünyanı Venera kimi həyat olmayan planetə çevirəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Venera planetində karbon qazı 97 faizdir və hər yer qara buludlarla örtülüdür.

Hakving yeganə çıxış yolunun başqa bir planet taparaq, Yerdəki həyatı ora köçürməyin olduğunu qeyd edib: “Qlobal istiləşmənin qarşısı alına bilməyəcək. Trampın addımları dünyanı temperaturun 250 dərəcə olduğu və asit turşusunun yağdığı Venera planetinə çevrilməsinin astanasına gətirib çıxara bilər. İnsan irqinin davam etməsinin yeganə yolu kosmosda koloniyaların yaradılmasıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 1-də ölkəsinin Paris İqlim Anlaşmasından çıxdığını açıqlayıb.


21:23 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər