KANAL24.AZ
Az Iw En Ru

Tramp Ərdoğana söz verdi: Şəxsən özüm...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığının detalları məlum olub.

“Sabah” qəzeti xəbər verir ki, danışıq əsnasında regional və qlobal problemlərdən əlavə, ABŞ-da saxlanılan türklərin taleyi də müzakirə olunub.

Ərdoğan danışıq zamanı Trampdan məsələ ilə bağlı addım atılmasını istəyib. Tramp isə “Bununla şəxsən özüm maraqlanacağam” cavabını verib.

Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqtondakı Türkiyə səfirliyi önündə türk vətəndaşların iştirak etdiyi qrupla PKK üzvləri arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb, ABŞ polisi 2 nəfər Türkiyə vətəndaşını saxlayıb.


19:53 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər