KANAL24.AZ
Az Iw En Ru

Burulğan iki uşağı göyə qaldırdı - DƏHŞƏT...

Güclü külək işıqfor dirəyini də ortadan qırdı....
Burulğan yaradan şiddətli külək iki uşağı havaya qaldırıb yerə çırpdı. 
 
 
Hadisə ölkənin Çerniqov vilayətinin Bereznoe kəndində baş verib. 
Gözlənilmədən başlayan və güclü yağışla müşayiət olunan küləyin yaratdığı burulğan həmin vaxt çöldə oynayan iki uşağı  bir neçə metr hündürlüyə qaldırıb. Yerə çırpılan uşaqlardan biri ağır zədə alaraq xəstəxanaya yerləşdirilib. Digər uşaq kiçik zədələrlə və qorxu ilə canını qurtara bilib. Vilayətdə iki çoban da ildırım vurmasından zədələnib. Çerniqov şəhərində isə külək yol işarələrini darmadağın edib, bir küçədə isə işıqfor dirəyini ortadan qırıb. 
Xatırladaq ki, iyunun 30-dan bəri Rusiya paytaxtı Moskva və digər şəhərlərində  şiddətli külək və  leysan yağışlar baş verib. Bir neçə nəfər həlak olub, xəsarət alanlar var.

19:47 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər