KANAL24.AZ
Az Iw En Ru

Romantik aşiq sevgilisinin boğazını kəsdi

Türkiyənin Bodrum şəhərəində yaşayan Fatih Zencir Londonda yaşayan və supermarket müdiri olan sevgilisi Faiza Dridin boğazını kəsib.

Zencir cinayəti törədəndən sonra qaçıb gizlənib. Türkiyə polisi bu gün onu həbs edə bilib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Fatih Zencirin Faiza Dridi Bodrumda romantik şəkildə qarşılamasına dair video yayılmışdı. O, hava limanının piyada keçidində yerə çiçəklər səpib və şamlarla 'Will you marry me' (mənimlə evlənərsən?) sevgilisinə sürpriz hazırlayıb.

Evlilik təklifi qarşısında həyəcanını gizlədə bilməyən Drid türk sevgilisini qucaqlayıb onun təklifini qəbul etmişdi.

Amma az sonra onların münasibətləri pisləşib. Mübahisə zamanı Fatih Zencir qadını boğaz və qarın nahiyələrindən bıçaqlayaraq qaçmışdı.

Polisə ifadəsində Zencir bildirib ki, Dridi çox sevib: "Onu çox sevirdim. Amma o, Bodruma gələndən sonra barlardan, diskoklublardan çıxmadı. Özünü də, məni də rəzil etdi. Onu vuranda içkili idim. Nə etdiyimi bilmədim. Çox peşimanam".


10:19 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər