KANAL24.AZ
Az Iw En Ru

Üzərində prezidentin şəkli olan eskinazlar dövriyyəyə buraxıldı

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.

Əsədin təsviri 2 min Suriya funtu (təqribən 10 ABŞ dolları) üzərində öz əksini tapıb.

Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.

Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.


06:33 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər