KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən təmiz suları bu ölkələrdədir- Türkiyə, Yunanıstan…

Dünyadakı gələcək müharibələr yanacaq, neft-qaz üstündə yox, şirin su qaynaqları üçün olacaq. Dünyanın beyin mərkəzləri artıq bu barədə həyəcan təbili çalmağa da başlayıb. Dünyada su qaynaqlarının cəmi 3 faizi şirindir və içmək üçün yararlıdır. Bir çox su hövzələrinin get-gedə çirklənməsi də bu faizi daha da azaldır. İçməli su ilə yanaşı duzlu su hövzələrinin də çirklənməsi onların gələcək istifadəsinin qarşısını alır. Dünyadakı duzlu su hövzələrinin əksəriyyətinin bu gün xüsusi qorunmaya ehtiyacı var.
 
Hazırda Yer üzündə təmizliyinə, şəffaflığına görə seçilən cəmi 34 su hövzəsi var. 
 
 
Linapacan Adası – (Filippin)- Linapacan Adası Filippinə aid yaşayış yeridir. Dünyanın ən təmiz suyunun məhz burada olduğu qeyd olunur.
 
Maldiv adaları - Hind Okeanında yerləşən Maldiv adaları dünyanın coğrafi baxımdan ən çox erroziyaya uğrayan  sahələrindən biridir. Buna baxmayaraq, şəffaf suyu və təbiətinə görə   dünyanın dörd bir yanından gələn  turistlərlə dolur.
 
 Bodrum – (Türkiyə)- Muğlanın Bodrum ərazisi mavinin 50 tonunu özündə əks etdirən möhtəşəmliyə malikdir.  Bu təbiətiylə yalnız türk turizminin deyil, dünya turizminin əsas nöqtələrindən biridir..
 
Hanauma – (Havay) - Havayda Oahu adasında olan Hanauma Körfəzi çox yaxşı qorunan təbii gözəlliyə sahibdir. Yüzlərlə tropik balıq növünə sahibdir.
 
Corfu – (Yunanıstan) - Korfu, İon dənizindəki Yunan adasıdır .Yunan mifologiyasının başlanğıcından etibarən onun  tarixinə bağlıdır.
 
EXUMA – (Baham adaları) - EXUMA əsl cənnət hesab olunur. Dünyanın ən məşhur ulduzlarının tətil yerlərindən biridir.
 
Sardinya- (İtaliya)- İtaliyaya aid adalardan biri olan Sardinya,Aralıq dənizinin ən gözəl suyuna sahibdir. Aralıq dənizinin incisi hesab olunur.

06:02 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər