KANAL24.AZ
Az Iw En Ru

Vulkan turistləri yaraladı

İndoneziyanın Mərkəzi Yava əyalətində vulkan püskürməsi nəticəsində xəsarət alanlar var. Bu barədə mərkəzi hakimiyyət orqanlarının nümayəndələri məlumat veriblər.

Kanal24 AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Vulkanologiya Agentliyinin rəhbəri Kaşbaninin bu haqda açıqlama verib.

O bildirib ki, vulkan püskürən zaman turistlər Saleri kraterindən 15 metr məsafədə olublar.

Təbii Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin rəhbəri Sutopo Purvo Nuroho isə deyib ki, təbii fəlakət nəticəsində 10 turist xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.


05:27 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər