KANAL24.AZ
Az Iw En Ru

Niyə çadralar adətən qara rəngdə olur?

Qadının qara çadra bağlaması vacib şərt deyil.

Vacib olan budur ki, qadın şəriətin buyurduğu şəkildə hicaba riayət etməlidir. Yəni əynindəki paltar -

a) açıqda qalması icazə verilən üzvlərdən əlavə, bütün bədənini naməhrəmlərdən gizlətməlidir,

b) bədən cizgilərini göstərməməlidir,

c) şəffaf olmamalıdır,

d) nəzər-diqqəti özünə cəlb etməməlidir.

Bu şərtlər daxilində istənilən qayda ilə geyinməyə icazə verilir. Amma göründüyü kimi, bu şərtlərə ən gözəl cavab verən geyim növü çadra, ən yaxşı rəng isə qaradır. Çünki qara rəng nəzər-diqqəti özünə sarı cəlb etmir, tam qeyri-şəffafdır.


14:22 01.07.2017