KANAL24.AZ
Az Iw En Ru

Moskvada hava limanını su basdı – VİDEO

Moskvada yağan leysan yağışları “Şeremetyevo” hava limanında bir sıra fəsadlar yaradıb.
 
Cümə günü, iyunun 30-da, Instagramda yerləşdirilən videodan görünür ki, aeroportun əməkdaşları dizə qədər su içində hərəkət edirlər. 
 
“Uçuş-enmə zolağını su basmayıb. Hər şey qaydasındadır”, - hava limanının mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyanın paytaxtında qeyri-sabit hava şəraiti gecə yarısınadək davam edəcək. 
 
Son məlumata görə, Moskva vilayətində qasırğa zamanı ən azı üç nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

 

 


04:48 01.07.2017
Xəbər lenti
Bütün xəbərlər