KANAL24.AZ
Az Iw En Ru

Qasırğa Moskvanı iflic hala saldı - 3 ÖLÜ - GÖRÜNTÜLƏR - YENİLƏNİB

Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

Bu barədə "lenta.ru" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.

Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.
 
Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.

------------

Moskvada başlayan qasırğa daha iki can alıb. Paytaxtın Dmitrevski və Sofino rayonlarında ildırım iki nəfəri öldürüb.

Bu dəqiqələrdə güclü qasırğa  Rusiyanın paytaxtı Moskvanı ağuşuna alıb.

Şəhəri dolu vurub, küləyin sürəti saniyədə 20 metrə çatır.

Artıq ilk qurbanlar var. Onlardan biri üstünə ağac aşması nəticəsində həlak olub. Moskva aeroportlarına üst-üstə 60-a yaxın reys gecikir və ya ehtiyat aeroportlara yönləndirilir.

 

Sinoptiklərin proqnozlarına görə, qasırğa iyulun 1-i gecə yarısına qədər davam edəcək.
Rusiya Fövqəladə Hallar Nazirliyi moskvalıları evlərindən bayıra çıxmamağa çağırıb.

-----------

Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir.

Sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ


01:55 01.07.2017
Xəbər lenti
Bütün xəbərlər