KANAL24.AZ
Az Iw En Ru

Xristian təəssübkeşliyi yoxsa, ikiüzlü siyasət

Dünyanı bürümüş iqtisadi tənəzzül siyasi sahədə də kataklizmlərin yaranmasına gətirib çıxarıb.

Qərbdə narazı əhalini gündəlik tələbatdan yayındırmaq üçün İslam fundamentalizmi adında bir vəhm fikirləşərək əhalini qorxu altına alıblar. Öz yalanları ilə çaşbaş qalan Avropa siyasətçilərini elə avropalı yunanlar oyatdılar.

70 il bundan əvvəl törədilmiş cinayətlərinə hələ də cavab verməyən Almaniya hər cür yollarla Yunanıstana olan borcunu qaytarmaq əvəzinə yeni yollar uydurub öz günahlarını etiraf etmir. Fransa dövləti müstəmləkə dövründə Liviyada törətdiyi cinayətləri etiraf etmək əvəzinə, yeni qırğnlar törədib bu ölkədə olan borclarını ödəməkdən qaçdılar. İtaliya Əlcəzairdə törətdiyi cinayətləri etiraf etmək əvəzinə cinayət üstünə cinayət törədərək özlərini bu şəkildə təmizə çıxartmağa çalışaraq borclarını ödəməkdən yayındılar. Bu ən yeni tarixdə müsəlmanlara qarşı törədilən soyqırımları etiraf etmək əvəzinə Katolik dünyası müsəlmanları nədəsə günahlandırır. Günahlandırılanların biri də 1963-cü ildən Avropa İttifaqına üzvülüyə çalışan Türkiyədir. Xristian dünyasını başa düşmək olar. Bəs Türkiyəni necə başa düşək? Bəlkə dostu Avropada yox, başqa yerdə axtarmaq lazımdı. Çünki Avropa 100 il bundan əvvəl “sülhsevər” xaçpərəstlərin himayədarları olan Osmanlı dövlətinə xəyanətcəsinə hücum edib onun var-dövlətinə oğurlayıb, ərazisini zəbt edib əmlakını daşıyıb apardılar.  Ağızlarında dad qaldığından indi də Türkiyədən “erməni soyqırımı”nı etiraf etməyi tələb edir, təzminat istəyirlər. Bunlara öz yerlərini göstərməyin vaxtı çoxdan çatıb. Özlərinə xoş gəlməyənlərə embarqo tətbiq edən xristian dünyasına embarqo qoymağın vaxtı indidir ki, bu dəfə onlar öz günahlarını özləri etiraf etsinlər.

Roma papası birinci Fransisk son çıxışında “erməni soyqırımı”nı olmuş bir hadisə kimi dilinə gətirib. Bununla da bütün xristian dünyasına bir ismarıç göndərdi. Bu ismarıc tez bir vaxtda Avropa parlamenti tərəfindən eşidildi. Avropa parlamenti tərəfindən qəbul edilmiş qərar 100 ilin yalanına siyasi bir don geyindirdi. Roma papasının bu hərəkətini gözləmək olardı. Çünki Argentinanın kardinalı olduğu müddətdə erməni diasporu ilə bərk dost olmuş Fransiski öz havadarlarına borcunu qaytarmalı idi. Ancaq katolik kilsəsinin rəhbərinin bu hərəkəti dini cəhətdən başa düşmək olmur. Çünki 1836-cı ildən Rus provaslav kilsəsinin himayəsində keçmiş erməni kilsəsi heç cür özünü katolik kilsəsinə tabe olduğu etiraf etmirdi.

 Bütün bu siyasi gedişlər belə bir nəticəyə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə olan cinayətkar qrup özünə yeni havadar tapıb. Son 15 ildə Rusiya iqtisadiyyatına ağır bir yük olan Ermənistan batmaqda olan bir gəmini xatırladır. Avrasiya ittifaqının son yığncağına Ermənistanın dəvət olunmaması göstərdi ki, Rusiya öz for-postundan üz döndərib. Bütün bu siyasi gedişlər yenilik deyil. İslam aləminə bir ismarıcdır ki, birləşmək vaxtı yetişib. İslam dünyasında baş verən “ərəb baharlar”ı bunu göstərir ki, şəxsi mənafe ümumi mənafedən üstün olaraq qalmaqdadır.

Özünü İslam qoruyucusu adlandıran dövlətlər xristian həmrəyliyinə qarşı birləşmək əvəzinə xristian dövlətlərinin iqtisadi gücünü artırmaqda davam edirlər. Elə bu səbəbdəndir ki, Roma papası 23 il bundan əvvəl baş vermiş xocalı soyqırımını dilinə gətirməyib, onu törədən cinayətkarları lənətləməyir. Niyə Roma papası Avropa Parlamentini Ermənistanın Azərbaycandan işğal etdiyi torpaqları boşaltmağa çağırış  etmir? Çünki qurama “soyqırım” yalanı ilk əvvəl onların özünə də aiddir və bu yalanın ayaq tutub 100 il yeriməsində onların da xidmətləri böyükdür.

Müstəmləkələrini itirəndən sonra Avropa ölkələri öz siyasətinə yeni don geyindirmək üçün dünyaya demokratiya dərsi vermək istəyir. Yer üzünə demokratiya yaymaq istəyən bu dövlətlər öz ölkələrində həmin demokratiyanı görmək istəmirlər. Demokratiya carçıları olan ölkələrdən yayılan xəbərlər yalanın iç üzünü göstərir. 70 il bundan əvvəl SSRİ-nin böyük qurbanlar sayəsində Avropanı və dünyanı faşizm guruhundan xilas etdi. Lakin belə görünür ki, faşizm vəbası Avropa qitəsində sağalmnaz bir virus kimi dərin kök salıb və yaddaşlarını tamamilə iflic edib. Bunun da nəticəsində yeni müstəmləkə siyasəti Avropa dövlətlərinin siyasətçilərini öz ağuşuna alıb.

İraqda atom silahı axtaran demokratiya carçıları sonradan etiraf etdilər ki, yalanla İraqın işğalını təşkil etdilər, çiçəklənən varlı bir ölkəni xarabazara çevirdilər. Ancaq etiraf etmirlər ki, İraqdan əldə etdikləri qızıl və valyuta ehtiyatlarını harada gizlədirlər. Terrorizmlə mübarizə adı altında Əfqanıstana soxulan demokratiya carçıları Əfqanıstanı özlərinin narkotik plantasiyasına çeviriblər. Qəddar adlandırdıqları Müəmmar Qəddafini öldürdükdən sonra özlərinin verdikləri məlumatlara görə, Liviyanın 1400 ton qızıl və bir neçə trilyard valyuta ehtiyatının hara yoxa çıxdığını dillərinə gətirmirlər. Həmin o oğurlanmış pullardır ki, bu gün xristian dünyasını İslam ölkələrinə yeni “səlib yürüş”ləri təşkil etməyə həvəsləndirir. Həmin o oğurlanmış pullardır ki, bu gün roma papasını yalan danışmağa sövq edir.

Türkiyəni qondarma “erməni soyqırımı”nı etiraf etməyə çağıran Avropa nədənsə Türkiyəni son 15 ildə tarixləri açıb bu işə tarixçiləri dəvət etmək istəyini eşitmir. Bu  da sübut edir ki, Avropanın bir sıra dövlətlərinin ikiüzlülü siyasət yeritdiyini sübut edir. Bu demokratiya carçılarına özlərinin törətdikləri cinayətləri yadlarına salmaq vaxtı çatıb. Roma papasının yadına tez- tez xatırlatmaq lazımdır. Bunun üçün isə İslam ölkələrinin sözdə yox, işdə birliyi lazımdır.

       Xəyalə Süleymanqızı

xeberservis.az saytının baş redaktoru


22:12 21.04.2015
Xəbər lenti
Bütün xəbərlər