KANAL24.AZ
Az Iw En Ru

Şəfayət Mehdiyev küçəsində təmir işləri davam etdirilir

Bakının Yasamal rayonu ərazisindəki Şəfayət Mehdiyev küçəsində təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Kanal24.az-a bildirilib ki, küçə boyu 1450 metr məsafədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib.

Hazırda isə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.


19:19 22.04.2015
Xəbər lenti
Bütün xəbərlər