KANAL24.AZ
Az Iw En Ru

Təcavüz edən cəzasız qalır?

Təcavüz etmiş insana 3 cür cəza verilir:

Zina cəzası.
Bu, 100 dəyənək vurmaq və namuslu biri ilə evlənməmək qadağasıdır. Belə bir insan özünü tamamilə islah edib düzəldənə qədər abır-həyalı mömin bir insanla evlənə bilməz. Uca Allah belə buyurur:

"Zinakar kişi və zinakar qadının hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində [bu işi icra edərkən] ürəyiniz onlara qarşı yumşaq olmasın. Möminlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun [öz gözlərilə görsün]".

"Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb". ("Nur" surəsi, 24/2-3)

"Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, rəhm sahibidir". ("Nur" surəsi, 24/5)

Təcavüz cəzası.
Allah belə deyir:

"(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir". ("Nəhl" surəsi, 16/126)

Zorlayan, təcavüz edən şəxsə törətdiyi cinayətə müvafiq cəza Allahın qadağan etdiyi əməl olduğuna görə tətbiq oluna bilməz (zorlayanı zorlamaq olmaz). Yəni, onun əvəzinə başqa bir cəza -təzminata hökm vermək lazımdır. Bu, zorlanan, təcavüzə məruz qalan qadına bir qadının mehri qədər mehrin ödətdirilməsi formasında ola bilər.

 

Təzir cəzası.
Əgər şəxs zorlama aktını tamamən həyata keçirə bilməsə belə, (yenə də) tutduğu murdar iş (zorlama) cəzasız qala bilməz. Ona görə də onun halına müvafiq bir cəza verilməlidir. Bu isə səlahiyyətli orqana -məhkəməyə həvalə edilir. Peyğəmbərimizin buna oxşar vəziyyətdə davranışı belə olub: bir dəfə insanlar peyğəmbərdən ağaclardan meyvə dərib yeməklə əlaqədar bir sual soruşurlar. O da belə cavab verir: "Ehtiyacı olduğuna görə ondan yeyən, amma ətəyinə qoyub aparmayana bir şey (cəza tətbiq etmək) lazım deyil. Kim özü ilə aparsa, bunu ikiqat ödəməlidir. Ona əlavə olaraq bir cəza da verilməlidir".1

Ağacdakı meyvəni qırıb ətəyinə (cib, çanta və ya başqa bir şeyə) qoyan və özü ilə aparan 3 cinayət törədir: birini meyvə ağacının yiyəsinə, digərini cəmiyyətə, o birini isə Allaha qarşı. Bu halda ağacın yiyəsinə oğurladığı meyvəni və bir o qədərini ödəməlidir. Başqa sözlə desək, 2 kq meyvə oğurlayıbsa, 4 kq ödəməlidir.

Bu şəxs mülkiyyətin toxunulmazlığı qaydasını pozduğuna görə cəmiyyətə qarşı da cinayət törətmiş hesab olunur. Bu cinayətin cəzası səlahiyyətli orqanın qərarından asılıdır.

Həmin şəxs Allaha qarşı etdiyi günahdan da tövbə etməlidir.

Zorlama hallarında namus təhlükəsizliyinə xələl gətirdiyinə görə zorlayan şəxsə başqa bir cəza da verilməlidir ki, bu da səlahiyyətli orqana həvalə edilməlidir.


05:47 30.06.2017