KANAL24.AZ
Az Iw En Ru

Dəfndə iştirak edənə Allahın mükafatı

Həzrət İbrahim (ə) Allahdan soruşur: "Sənin qorxundan göz yaşları üzünə tökülən insanın savabı nədir?".

Allah Təala cavab verir: "Savabı Mənim onun qarşında olan rəhmət və rizvanımdır".
İbrahim (ə) soruşur: "Allahım! O kəs ki, Səninlə görüşmək ümidi ilə qəm və qüssəyə səbir edir, onun savabı nədir?".
Allah buyurur: "Mən belə bir insanı iman libası ilə örtərəm ki, onun vasitəsilə behişti özü üçün hazır etsin və cəhənnəm atəşindən uzaq olsun". (Həvzəh)

İbrahim (ə) soruşur: "Allahım! O kəs ki, Sənin razılığın üçün dul qadının qəlbini əldə edər, onun savabı nədir?".
Allah buyurur: "Mən o şəxsi Öz rəhmətim kölgəsində qərar verərəm və axirətdə də onu behiştimə daxil edərəm".
İbrahim (ə) soruşur: "O kəs ki, Sənə xatir meyitin cənazəsini müşayiət edər, onun savabı nədir?".
Allah buyurur: "Həmin şəxs ölən zaman mənim mələklərim onun cənazəsində namaz qılarlar və ruhuna görə şəfaət edərlər".


05:17 30.06.2017