KANAL24.AZ
Az Iw En Ru

Arvadını döydü, sonra videonu “Facebook”da paylaşdı

Sahibi olduğu pivəxanada  arvadını sürüyüb vuran, sonra da bu anların videosunu “Facebook”dakı profilində paylaşan şəxs həbs olunub.

Məlumata əsasən, hadisə Londonun şimal-qərbindəki Nasdendə yerləşən “The Field” pabında yaşanıb.

Pabın sahibi, 42 yaşlı Tim Şehan iki müştəri ilə mübahisə edib. Kişilərlə söyüşən, sonra da süpürləşən T.Şehan çox qəzəblənib. O, qəflətən bara tərəf gedib və orada çalışan arvadı Yurqita Yauskauskenenin saçlarından tutaraq yerə yıxıb. Daha sonra isə Şehan arvadını vəhşicəsinə döyüb.

Bir qədər keçəndən sonra o, həmin anlarını videosunu “Facebook”dakı profilində paylaşaraq yazıb: “Arvadın döyülüb yerə sərilməsi - şən səhnələrdir”.


01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər