KANAL24.AZ
Az Iw En Ru

Nazirdən büdcə açıqlaması

"2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü, lakin indiki vəziyyətdə aydındır ki, bu rəqəm bir qədər yüksəkdir. Bu isə dövlət büdcəsinin gəlir hissəsinə mənfi təsir edir".

Bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, neftin qiymətinin azalması əsasən ölkənin tədiyə balansına mənfi təsir edib:

"Amma Azərbaycan 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür. Qanunvericilikdə müəyyən meyarlar var. Bu meyyarlardan sonra dəyişikliklər edilməsi lazımdır. Biz büdcədən daha səmərəli istifadə etmək istəyirik. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq, yəni bəzi həmin layihələri gələn ilə keçirməyi nəzərdə tuturuq".

Nazir qeyd edib ki, təsdiq olunmuş büdcə yüksək səmərə ilə icra edilir: "Büdcə xərclərinə yenidən baxırıq. Bu xərcləri azaldırıq və bəzi infrastruktur layihələrini növbəti ilə saxlayırıq. 2015-ci ilin I rübünün yekunlar göstərir ki, Azərbaycan bütün sosial vəzifələrin həyata keçirilməsini təmin edib", - deyə nazir vurğulayıb.

 


01:17 21.04.2015
Xəbər lenti
Bütün xəbərlər