KANAL24.AZ
Az Iw En Ru

Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar ucuzlaşaraq 55,74 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar azalaraq 63,45 dollar olub.

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,36 dollar bahalaşaraq 64,61 dollar təşkil edib.



18:51 20.04.2015
Xəbər lenti
Bütün xəbərlər