KANAL24.AZ
Az Iw En Ru

Gözəlləşmək istədi, həyatından oldu

İngiltərədə yaşayan Linda Baranovski internetdən satın aldığı məhsulların qurbanı olub. Qadın, cavanlaşmaq və kilo vermək üçün istifadə etdiyi krem və həblər üzündən həyatını itirib.
50 yaşlı Linda Baranovski, 50 kiloya düşmək üçün internetdən zəifləmə həbi və sellülit kremi sifarişi verib.
 
4 uşaq anası olan qadında, dərmanları istifadə etməyə başladıqdan sonra şiddətli mədə ağrıları yaranıb və  dərisi soyulmağa başlayıb.
Bu şikayətlərdən qısa bir müddət sonra qəflətən yerə yıxılan qadın xəstəxanaya aparılıb,  ancaq bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Həkimlər qadının istifadə etdiyi məhsullar səbəbi ilə öldüyünü açıqlayıb
 
Hadisədən sonra polis, məhsulları satan firmalar haqqında araşdırma başladıb.
 

04:11 26.06.2017