KANAL24.AZ
Az Iw En Ru

Uşaqların da istifadə edə biləcəyi sayt atıq fəaliyyətdədir

Aprelin 18-də Bakı Slavyan Universitetində “Manera.az” saytının fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə universitetin rektoru Asif Hacıyev çıxış edərək bildirdi ki, ədəbiyyat və mədəniyyət portalı olan “Manera.az” saytının açılmasında universitetin yaradıcılıq ixtisasının tələbələri təşəbbüskar olmaqla yanaşı, həm də böyük əmək sərf ediblər.

Bu portalın məqsədi ümumilikdə ədəbiyyat, mədəniyyət, cəmiyyət, gündəm və s. xəbərlərini əhatə etməklə yanaşı, həm də istedadlı gəncləri üzə çıxarmaqdır. Bu məsələ ilə bağlı BSU-nun rektoru A.Hacıyev xüsusi çağırış etdi: “Yaradıcı gənclər və özlərini ruhən gənc hiss edən qələm əhli Manera.az sizin ixtiyarınızdadır”.

Bununla belə, saytın baş redaktoru Şəhla Aslan tədbir iştirakçılarına sayt haqqında kifayət qədər məlumat verdi və xüsusilə qeyd etdi ki, digər saytlardan fəqli olaraq “Manera.az” ədəbiyyat və mədəniyyət portalında azyaşlı oxucular üçün xüsusi bir bölmə - “Uşaq ədəbiyyatı” bölməsi yer alacaq. Təbii, bu bölmə ilə uşaq psixologiyasına yaxşı bələd olan yazar və redaktorlar məşğul olacaqlar. Uşaq ədəbiyyatı bölməsi ilə əlaqədar Professor Əhməd Qəşəmoğlu dedi ki, sayt valideynlərin narahatçılığına səbəb olmayacaq, əksinə uşaqların da rahat daxil ola biləcəyi bir məkana çevriləcək. Tədbirin gedişatında tanınmış qələm ustaları, yazıçı-publisistlər çıxış etdilər. Sonda “Manera.az” saytının tanıtım videoçarxı göstərildi.

Kanal24.az adından sayta uğurlar arzu edirik!


Müəllif: Dünya Cabbarova
03:55 19.04.2015
Xəbər lenti
Bütün xəbərlər