KANAL24.AZ
Az Iw En Ru

Məhkumlar insan cəsədləri yeyir, bir-birlərinin başını kəsib futbol oynayır - DƏHŞƏT- VİDEO +18

Bu günlərdə jurnalist Vəsilə Vahidqızı öz feysbuk səhifəsində Norveçdə yerləşən bir həbsxanadan çəkilmiş fotolar paylaşmışdı. Etiraf edək ki, Vəsilə xanım fotoları paylaşarkən məkanın həbsxana olduğunu yazmasaydı, çoxumuz həmin şəkillərin hansısa sanatoriyada və ya istirahət mərkəzində çəkildiyini zənn edəcəkdik.
 
 
 
Təssüf ki, bütün həbsxanalardakı vəziyyət cənnəti xatırlatmır və bütün məhkumlar da Norveç həbsxanasındakılar kimi şanslı deyil. Elə həbsxanalar var ki, sanki cəhənnəmin bu dünyadakı filialıdır, bəlkə də cəhənnəmdən də betərdir. Cəhənnəm kimi həbsxanalar deyəndə ağla ilk olaraq Braziliya türmələri gəlir. 
 
Braziliya həbsxanalarında hökm sürən vəziyyət barəsində az-çox məlumatı olanlar yəqin ki, həmin dəhşətli mənzərəni gözləri önündə canlandırdılar. Ölmüş insan cəsədlərini yeyən məhkumların bir-birinə tətbiq etdiyi işgəncələri, vəhşicəsinə törədilən qətlləri, insan kəllələri ilə oynanılan futbol oyunlarını xatırlamaq və xatırlatmaq da heç xoş deyil. Ancaq nə edək ki, bütün bunlar gerçəkdir, dəhşət dolu həbsxana həqiqətləridir...
 
 
 
Braziliya həbsxanaları barədə məlumatsız olanlar üçün isə bir neçə ay öncə “youtube” kanalına yerləşdirilmiş bir videonu təqdim etmək istərdik. Video 5 il müddətinə Braziliya həbsxanasında çalışmış və gördüklərinə dözə bilməyib əvvəlcə istefa verən, sonra intihar edən həbsxana nəzarətçisinin sözləri ilə başlayır. Nəzarətçinin ölməmişdən öncə yazdığı qandonduran faktlar çox dəhşətlidir. 
 
Videonu təqdim etməmişdən öncə qeyd edək ki, ürəyi, əsəbləri zəif olanların, 18 yaşdan aşağı şəxslərin baxması məsləhət deyil.
 


05:09 24.06.2017