KANAL24.AZ
Az Iw En Ru

Ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Verilən məlumata görə, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2018008683) nominal qiymətlə həcmi 15 mln. manat təşkil edib.

 
Hərrac zamanı sifarişlərin qəbulu BFB-nin ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.
 
İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1006,5 manat təyin edilib.
 
İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15 mln. manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.
 
Yerləşdirmənin anderrayteri qismində birja üzvü “Paşa Kapital” investisiya şirkəti çıxış edir.

 


02:46 24.06.2017