KANAL24.AZ
Az Iw En Ru

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxdı

Bakıda iki qız itkin düşüb

Xəbər verilir ki, Yasamal rayonu Tbilisi prospektində yaşayan 2003-cü il təvəllüdlü Lalə Musayeva (adlar şərtidir) iyunun 20-də saat 14 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Qaradağ rayonu Korgöz qəsəbəsində yaşaayan 1998-ci il təvəllüdlü Xalidə Vəliyevanın da itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hər iki qızın valideynləri onların fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib.
 
Axtarış tədbirləri həyata keçirilir.

 


00:50 24.06.2017