KANAL24.AZ
Az Iw En Ru

Aİ-dən Qarabağla bağlı növbəti bəyanat

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bəyanata qoşulur", - bəyanatda deyilir.


13:37 23.06.2017
Xəbər lenti
Bütün xəbərlər