KANAL24.AZ
Az Iw En Ru

50 il əvvəl Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik etməyə başlayıb

50 il əvvəl Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik etməyə başlayıb.

KANAL24 Asan Radiodan istinadan xəbər verir ki, 21 iyun 1967-ci il tarixdə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədri vəzifəsinə irəli çəkilib.

Ötən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin – stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı.

Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti göstərdi ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görüb. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərib.

Məhz bu dövrdən başlayaraq Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülüb və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olub. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi.

Məhz o illərdən başlayaraq bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.

Ötən əsrin 80-cı illərinin sonu 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən hərbi təzyiqlərə və təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanı yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən onlarla təhlükəsizlik orqanının əməkdaşı şəhidlik zirvəsinə yüksəlib, onlardan altı nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 


02:49 22.06.2017
Xəbər lenti
Bütün xəbərlər